Yuxarı
    Bağlamaq

    Gənc Tamaşaçılar Teatrı Belarusda keçiriləcək festivalda iştirak edəcək

    Festivalda Azərbaycan Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil olunacaq

    Bakı. 29 iyun. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti beynəlxalq festivalda iştirak edəcək.  

    Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyun ayının 27-dən-iyulun 3-dək kollektiv Belarusun Mogilyovsk vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV “Dostluq çələngi” adlı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edəcək.

    Festivalda Azərbaycan Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil olunacaq.

    Festival Belarusun Mədəniyyət Nazirliyi, Belarus Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi, Bobruysk Şəhər İcra Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir. Bu ilki festival Bobruysk şəhərinin 630 illiyi və 2017-ci ilin “Mədəniyyət paytaxtı” elan edilməsinə həsr olunub.

    26 ölkənin teatr kollektivinin iştirak edəcəyi festival çərçivəsində müsabiqələr, şəhərin küçələrində bayram paradı, təntənəli açılış və bağlanış mərasimləri, yaradıcılıq görüşləri və konsertlər keçiriləcək.

    Tamaşada Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar artisti Şövqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi