Gənc Tamaşaçılar Teatrı bayram ərəfəsində yeni tamaşa və konsert təqdim edəcək

Gənc Tamaşaçılar Teatrı bayram ərəfəsində yeni tamaşa və konsert təqdim edəcək "Dəcəl keçi" tamaşasının premyerası olacaq
İncəsənət
4 Mart , 2015 20:49
Gənc Tamaşaçılar Teatrı bayram ərəfəsində yeni tamaşa və konsert təqdim edəcək

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı "Ələddinin sehirli çırağı" tamaşasının 120-ci nümayişinə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə GTT-nın mətbuat xidməti məlumat yayıb.

Martın 8-də Beynəlxalq Qadınlar Günü ərəfəsində teatrda ərəb nağılı əsasında hazırlanan "Ələddinin sehirli çırağı" səhnə əsərinin yubiley tamaşası olacaq.

Tamaşanın quruluşçu rejissoru, musiqi tərtibatı və rəqslərin quruluşu əməkdar artist Nicat Kazımova məxsusdur.

Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, tryuklara quruluş verən İsa Əsədov, rejissor assistenti Vüsal Mehrəliyevdir.

İkihissəli nağıl-tamaşada əməkdar artistlər Atabala Səfərov, Nicat Kazımov, Elşən Rüstəmov, Almaz Mustafayeva, Nübar Novruzova, Qəmər Məmmədova, Vahid Əliyev, aktyorlar Təhminə Məmmədova, Vüsal Mehrəliyev, Eyvaz İbrahimov, Natiq Fərzəliyev, Elnur Hüseynov, Elşən Şıxəliyev, Ədalət Əbdülsəməd və başqaları iştirak edirlər.

Ərəb xalq nağıllarının motivləri əsasında hazırlanmış bu tamaşa kasıb Ələddinin başına gələn hadisələrdən bəhs edir. 1999-cu ildə tamaşanın quruluşçu rejissoru Nicat Kazımov Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilən “İlin ən yaxşı rejissoru” mükafatına layiq görülüb.

Martın 7-də isə Gənc Tamaşaçılar Teatrında "Dəcəl keçi" tamaşasının premyerası olacaq.

Azərbaycan xalq nağılları əsasında gənc yazıçı Pərvinin səhnələşdirdiyi “Dəcəl keçi” tamaşasının bədii rəhbəri, teatrın baş rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor asisstenti Sona Mustafayevadır.

Kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudbəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlər tənqid olunur.

Yeni səhnə əsərində rolları teatrın gənc aktyorları Səbinə Məmmədova, Aydın Dəmirov, Yusif Dadaşov, Ədalət Əbdülsəməd, Eyvaz İbrahimov, İlqarə Tosova, Hüsniyyə Əhmədova, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Anar Seyfullayev və Bəhram Həsənov ifa edəcəklər.

Martın 9-da isə teatrın səhnəsində gənc aktyor İlham Əsədovun solo-konserti keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi