Gənc rəssamların “Bir Günəş” adlı sərgisi keçirilib

Gənc rəssamların “Bir Günəş” adlı sərgisi keçirilib Əsərləri sərgilənən müəlliflərə sertifikatlar təqdim olunub
İncəsənət
17 Noyabr , 2015 14:11
Gənc rəssamların “Bir Günəş” adlı sərgisi keçirilib

Bakı. 17 noyabr. REPORT.AZ/ “Art Villa” qalereyasında gənc rəssamların “Bir Günəş” adlı sərgisinin açılışı keçirilib.

"Report" xəbər verir ki, sərgi Gənclər Şəbəkəsi və “Dünya rəssamlığı” incəsənət klubunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

Sərginin keçirilməsində məqsəd az tanınan gənc rəssamlara dəstək olmaq, onların mövzu üzrə çalışmaq bacarıqlarını üzə çıxarmaqdan ibarətdir. Sərgiyə 150 rəssam əl işlərini təqdim edib və onlardan 26-nın hərəsinin bir əsəri nümayiş üçün seçilib.

Sonda əsərləri sərgilənən müəlliflərə sertifikatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi