Yuxarı

"Gələcəyin günəşi" adlı Uşaq və Gənclərin Beynəlxalq Yaradıcılıq Festivalı keçirilib

Mərdəkan Mədəniyyət Sarayında keçirilən festivalda Gürcüstanın tanınmış qrupları çıxış edib

Bakı. 14 mart. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan və Gürcüstan xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə "Gələcəyin günəşi" adlı Uşaq və Gənclərin Beynəlxalq Yaradıcılıq Festivalı keçirilib.

"Report" xəbər verir ki, festivalda iştirak edən Gürcüstanın Dövlət Musiqi və Rəqs Ansamblının rəhbəri, "Şərəf" ordenli xoreoqraf Zaal Çumburadzenin rəhbərlik etdiyi "Qafqaz"  İncəsənət və Folklor Assosiasiyasının "Gələcək”, “Eleoni”, “Şən notlar”, “Laqundi”, “Məkan”, “Kvarlei art studia" uşaq rəqs qrupları çıxış edib.

Festivalda Mərdəkan Mədəniyyət Sarayının "Azərbaycan qartalları" və "Lalələr" rəqs kollektivlərinin çıxışı olub.

Festivalın əsas məqsədi iki ölkənin mədəniyyətlərini bir-birinə nümayiş etmək və rəqs kollektivlərinin dostluq bağlantılarının daha da möhkəmlənməsinə vasitəçi olmaqdır.

Tədbirdə yerli tamaşaçılarla yanaşı, qonşu ölkədən gəlmiş 200-ə qədər qonaq da iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi