Yuxarı
    Bağlamaq

    Gədəbəy Aşıq Məktəbində "Ustad dərsi" rubrikası Zahid Aslanoğluna həsr olunub

    Ustad ifaçı Aşıq Məktəbinin dərs otaqları, Saz muzeyi və Səsyazma studiyası ilə tanış olub

    Bakı. 20 oktyabr. REPORT.AZ/ Gədəbəy Aşıq Məktəbində "Ustad dərsi" rubrikasında növbəti görüş tanınmış saz ifaçısı, Ümumdünya Folklor Festivalının qalibi, bir sıra müsabiqələrin laureatı Zahid Aslanoğluna həsr edilib. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Onlarla yetirməsi olan ustad ifaçı görüşdə yaradıcılıq fəaliyyətindən, sənətə olan marağından danışıb, bir sıra məşhur ifaçılarla birgə konsertlərdəki çıxışlarından söz salıb.

    Ustad ifaçı Aşıq Məktəbinin dərs otaqları, Saz muzeyi və Səsyazma studiyası ilə tanış olub. O, "Folklor" ansamblının üzvlərinə məsləhətlər, tövsiyələr verib, uğurlar diləyib. Daha sonra bir neçə saz havası ifa edib məşhur sənətkar həm də saz alətinin quruluşu, ifa texnikası barədə də fikirlər söyləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi