Yuxarı
    Bağlamaq

    Füzuli Dövlət Dram Teatrı Yeni il münasibəti ilə proqram hazırlayıb

    Proqram Qış möcüzəsi adlanır

    Bakı. 17 dekabr. REPORT.AZ/ Füzuli Dövlət Dram Teatrı Yeni il münasibəti ilə "Qış möcüzəsi" adlı proqram hazırlayıb.

    "Report" xəbər verir ki, teatr Yeni il proqramını rayonun işğaldan azad olunmuş kənd və qəsəbələrində, həmçinin teatr binasında ictimaiyyətə təqdim edəcək.

    Şənliyin ssenari müəllifləri teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və Əfsanə Kərimova, quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamları Ellinaz Balaşova, Rafiq Ocaqverdiyev, Tofiqə Fətəliyeva, musiqi tərtibatçıları Nizami Süleymanov və Sənan Sevindikzadədir.

    Şənlikdə müxtəlif nağıl qəhrəmanları, cizgi film simvolları, Şaxta baba və Qar qız obrazında teatrın aktyorları Vaqif Rəhimov, Məryəm Məmmədova, Asif Şirinov, İntizar Quliyeva və başqaları çıxış edir.

    Proqram yanvarın 10-dək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi