Bakı. 28 noyabr. REPORT.AZ/ Füzuli Dövlət Dram Teatrı 2016-cı ilin repertuarında olan Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin” tamaşasını Horadiz şəhər orta məktəb kollektivinə təqdim edib.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.
Tamaşada əsas rollarda Elşən Gözəlov, Sehran Xanlarov, Fatimə Səfərəliyeva, Əli Hüseynov, Sevinc Məmmədova, İntizar Quliyeva, Vaqif Rəhimov, Qaçaq Qarayev, Məryəm Məmmədova, Vüqar Babayev və başqaları çıxış ediblər.