Bakı. 16 noyabr. REPORT.AZ/ Füzuli Dövlət Dram Teatrı Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər” komediyasını rayonun 3 saylı Zobucuq qəsəbəsində nümayiş etdirib.
"Report" xəbər verir ki, dövlət sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.
Tamaşada əsas rollarda Vaqif Rəhimov, Asif Şirinov, Məryəm Məmmədova,Habil Hacıyev,Əli Hüseynov, Əsmər İbrahimova, Elçin Məmmədov,Qaçaq Qarayev, Nicat Süleymanzadə, Aygün Cəfərova, Sehran Xanlarov və başqaları çıxış edib.