Füzuli Dövlət Dram Teatrı "Hacı Qəmbər” komediyasını nümayiş etdirib

Füzuli Dövlət Dram Teatrı "Hacı Qəmbər” komediyasını nümayiş etdirib Tamaşa rayonun 3 saylı Zobucuq qəsəbəsinin sakinləri üçün təqdim olunub
İncəsənət
16 Noyabr , 2015 15:57
Füzuli Dövlət Dram Teatrı Hacı Qəmbər” komediyasını nümayiş etdirib

Bakı. 16 noyabr. REPORT.AZ/ Füzuli Dövlət Dram Teatrı Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər” komediyasını rayonun 3 saylı Zobucuq qəsəbəsində nümayiş etdirib. 

"Report" xəbər verir ki, dövlət sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.

Tamaşada əsas rollarda Vaqif Rəhimov, Asif Şirinov, Məryəm Məmmədova,Habil Hacıyev,Əli Hüseynov, Əsmər İbrahimova, Elçin Məmmədov,Qaçaq Qarayev, Nicat Süleymanzadə, Aygün Cəfərova, Sehran Xanlarov və başqaları çıxış edib.

Son xəbərlər

Orphus sistemi