Azərbaycanın ən yaxşı kişi aktyorunun adı açıqlanıb

Azərbaycanın ən yaxşı kişi aktyorunun adı açıqlanıb Fuad Poladova "Qızıl Pəri" mükafatı təqdim edilib
İncəsənət
29 Dekabr , 2015 12:16
Azərbaycanın ən yaxşı kişi aktyorunun adı açıqlanıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Fuad Poladov ilin "Ən yaxşı kişi aktyoru" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülüb. 

"Report" xəbər verir ki, mükafatlandırma "I Qızıl Pəri" Audiovizual sahə-kino və televiziya üzrə peşə mükafatının təqdimat mərasimində baş tutub.

Xalq artisti Fuad Poladov rejissor Rövşən İsaxın ekranlaşdırdığı "Aktrisa" filmində yaratdığı Vaqif Fətəliyev obrazına görə "Qızıl Pəri" mükafatına layiq görülüb.

Xatırladaq ki, "Aktrisa" filminin quruluşçu rejissoru Rövşən İsax, quruluşçu operatoru Rövşən Quliyev, ssenari müəllifi İlqar Fəhmidir. Filmdə xalq artisti Fuad Poladov, əməkdar artist Şövqi Hüseynov, aktyorlar Alisa Kaçer, İlham Hüseynov və başqaları çəkilib.

Son xəbərlər

Orphus sistemi