Fuad Poladov "AzDrama"da son tamaşasına çıxıb

Fuad Poladov "AzDrama"da son tamaşasına çıxıb O, “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında Müsyö İbrahimi canlandırıb
İncəsənət
29 Oktyabr , 2016 00:22
Fuad Poladov AzDramada son tamaşasına çıxıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti Fuad Poladov ötən gün Akademik Milli Dram Teatrında son tamaşasına çıxıb.

"Report" xəbər verir ki, o, Erik Emmanuel Şmitdin eyniadlı əsəri əsasında səhnələşdirilən “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında Müsyö İbrahim obrazını canlandırıb.

İki hissəli tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərovdur. Tamaşada Fuad Poladovla yanaşı Murad İsmayılov, Sabir Məmmədov, Şəlalə Şahvələdqızı, Mehriban Zəki və digər aktyorlar yer alıb.

Tamaşa zamanı zalda anşlaq olub. Sonda Fuad Poladov pərəstişkarları ilə vidalaşıb.

F.Poladov aktyor Hikmət Rəhimovun teatrdan getməsinə etiraz əlaməti olaraq Akademik Milli Dram Teatrından ayrılıb. O, karyerasını Rus Dram Teatrında davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi