Fransız animasiya filmi “CinemaPlus”da peşəkar Azərbaycan dublyajında nümayiş olunur - VİDEO

Fransız animasiya filmi “CinemaPlus”da peşəkar Azərbaycan dublyajında nümayiş olunur - VİDEO Ailəvi komediya cizgi filminin rejissorları Arnaud Bouron və Antoon Kringsdır
İncəsənət
15 Yanvar , 2018 17:17
Fransız animasiya filmi “CinemaPlus”da peşəkar Azərbaycan dublyajında nümayiş olunur - VİDEO

Bakı. 15 yanvar. REPORT.AZ/ “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində dublyaj olunmuş Fransanın “Həşəratların sirli həyatı” animasiya filminin nümayişi baş tutub.

"Report" xəbər verir ki, dublyajın redaktoru Vüqar Hüseynov, rejissoru Rövşən Məmmədli, səs rejisoru Orxan Həsənli, masterinqi Azad Vəliyev, tərcüməçisi Xumar Quluzadə, post prodakşnı Vüqar İslamzadə, prodüseri Xətai Əli, direktoru Cəfər Axundzadədir.

Filmi İslam Mehrəliyev, Elşən Rüstəmov, Nəcibə Hüseynova, Rövşən Məmmədli, Vüsal Murtuzaliyev, Nəzakət Məmmədli, Hüsniyyə Mürvətova, Vüsalə Məmmədova, Xumar Quluzadə, Müşviq Mirzəyev, Vüsal Mustafayev, Vüqar Hüseynov, Cavad Məmmədli və Səid Məmmədli səsləndiriblər.

Ailəvi komediya cizgi filminin rejissorları Arnaud Bouron və Antoon Kringsdır.

Filmə gəlincə, həşəratların krallığında həyat çox maraqlı və əyləncəli keçirdi. Bir gün isə krallıqda hər şey tamam dəyişdi, daha əvvəlki krallıqdan əsər-əlamət qalmadı. Bəs nə baş verdi?

Son xəbərlər

Orphus sistemi