Fransanın Normandiya regionunda Azərbaycanda tolerantlıq ənənələrindən danışılıb - FOTO

Fransanın Normandiya regionunda Azərbaycanda tolerantlıq ənənələrindən danışılıb - FOTO Paris. 23 sentyabr. REPORT.AZ/ Fransanın Normandiya regionunda İnsanlar tolerantlığa və sülhə qadirdirlər, Azərbaycan buna bir nümunədir mövzusunda dəyirmi masa keçirilib.
İncəsənət
23 Sentyabr , 2018 16:57
Fransanın Normandiya regionunda Azərbaycanda tolerantlıq ənənələrindən danışılıb - FOTO

Paris. 23 sentyabr. REPORT.AZ/ Fransanın Normandiya regionunda "İnsanlar tolerantlığa və sülhə qadirdirlər, Azərbaycan buna bir nümunədir" mövzusunda dəyirmi masa keçirilib.

"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, dəyirmi masa Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə "Sülhü yaşadaq" festivalı çərçivəsində baş tutub.

Dəyirmi masanı Fransada Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel, Müdriklik Qovşağı Assosiasiyasının Prezidenti Danyel Russo, Tapovan Yoqa və Ayurveda Açıq İnstitutunun təsisçi direktoru Kiran Vyas canlandırıblar.

Dəyirmi masada Azərbaycanda tolerantlıq ənənələrindən, Avropa ilə Asiyanın kəsişməsində, sivilizasiyaların qovşağında yerləşən qədim və keşməkeşli tarixə malik bu odlar diyarında müxtəlif dini, etnik mənşəli insanların birgə yaşayışından, xalqımızın sülhpərvərliyindən söhbət açılıb.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel çıxış edərək Azərbaycan Desmokratik Respublikasının yaradılması, Azərbaycanda qadınlara verilən səsvermə hüququnun yüzillik tarixindən, Azərbaycanın yenidən müstəqilliyini əldə etdikdən bəri insan kapitalının inkişafına töhfə verən uğurlu siyasətindən danışıb. Dəyirmi masa sahibləri iştirakçıların ölkəmizlə bağlı çoxsaylı suallarını cavablandırıblar. İştirakçılar Azərbaycanda tolerantlıq dəyərlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə maraqlanıblar.

Tədbir zamanı Azərbaycana dair film nümayiş etdirilib. Azərbaycanın füsunkar təbiətini, möhtəşəm tarixi abidələrini, müasir dövrümüzün tələblərinə cavab olaraq tərəqqi naminə göstərdiyi səylərini, turizm imkanlarını əks etdirən film iştirakçıların böyük maraqla qarşılanıb. 

Son xəbərlər

Orphus sistemi