Yuxarı

Fransalı rejissor Jan-Klod Brisso vəfat edib

​Fransalı rejissor Jan-Klod Brisso vəfat edib

Fransalı rejissor Jan-Klod Brisso 74 yaşında dünyasını dəyişib.

"Report" "Le Monde" nəşrinə istinadən xəbər verir ki, Brisso öz Parisdəki evində keçinib.

Rejissorun nümayəndələri faktı təsdiq ediblər.

Bununla yanaşı incəsənət xadiminin nədən öldüyü hələ ki, məlum deyil.

Jan-Klod Brisso 17 iyul 1944-cü ildə Parisdə doğulub. O, öz karyerası ərzində 12-dən çox film çəkib. Brissoya daha çox "Bəyaz toy", "Gizli ehtiraslar" və "Selin" filmləri şöhrət gətirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi