Yuxarı

Fransada yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblər

​Fransada yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblər

Fransa paytaxtı və ətraf şəhərlərində yaşayan azərbaycanlılar Novruz bayramını birlikdə qeyd ediblər.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, azərbaycanlılar Fransadakı diasporumuzun fəallarından olan Rza Zeyninin təşkilatçılığı bir araya gəliblər.

Bayram tədbirində çıxış edənlər sülh, barışıq, qardaşlıq, dostluq rəmzi olan Novruz ənənələrinin qürbətdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Belə tədbirlərin birliyimiz naminə əhəmiyyətindən danışılıb, hər zaman bir-birimizə dayaq, arxa olmağımızın vacibliyi vurğulanıb.

Novruz konsertini musiqiçilərimiz Hüseyn Məhəmmədoğlu, İlkin Fuad, Orxan Mirnatiqoğlu və Zamiq Nağıyev canlandırıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi