Fransada pianoçu İsfar Sarabskinın konserti olub

Fransada pianoçu İsfar Sarabskinın konserti olub Pianoçunun ifa etdiyi bəstələr konsert iştirakçılarının gurultulu alqışları ilə qarşılanıb
İncəsənət
14 Yanvar , 2018 10:58
Fransada pianoçu İsfar Sarabskinın konserti olub
Report

Paris. 14 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Əməkdar artist İsfar Sarabskinın konserti olub.

“Report”un Fransa bürosu xəbər verir ki, konsert Azərbaycanın Fransadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub.

Azərbaycanlı pianoçunun ifa etdiyi “G-Man”, “Planets”,"Edge” və digər bəstələri konsert iştirakçılarının gurultulu alqışları ilə qarşılanıb. Onu basda Morizio Kongiu, zərb alətlərində Patrik Qoraguer müşayiət ediblər.

İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya və Gürcüstanda keçirilən festivallarda iştirak edib. 2009-cu ildə Montrö Caz Festivalının qalibi olub. 28 yaşlı musiqiçi “Novruz”, “G-Man”, "Generation”, "Edge”, ”Deja Vu”, “Last Chance”, “Agent”, “Now I’m Here”, “Buta”, “In Memory of V. Mustafazade” və digər əsərlərin müəllifidir.

Son xəbərlər

Orphus sistemi