Yuxarı

Fransada 68-ci Kann festivalı başlayıb

“Qızıl palma budağı” uğrunda 19 film mübarizə aparır

Bakı. 14 May. REPORT.AZ/ 68-ci Kann festivalı ötən axşam fransalı rejissor Emmanuel Berkonun “Başı uca” (La Tête Haute) ekran əsərinin nümayişi ilə başlayıb.

"Report" xəbər verir ki, “Qızıl palma budağı” uğrunda 19 film yarışır. Həmçinin Qas Van Sentın Mettyu MakKonahi və Naomi Uottsla “Ağaclar dənizi”, Todd Heynsin Keyt Blanşettlə “Kerol”, Castin Kurzelin Maykl Fassbender və Marion Kotiyyarla “Makbet” və Mayuenn Le Beskonun Vensan Kassel və Lui Qarrellə “Mənim kralım” filmləri mübarizə aparır.

Festivalın münsüflər heyətinə amerikalı rejissorlar Joel və Ethan Koenlər başçılıq edir.

Qeyd edək ki, Kann festivalı mayın 24-də “Qızıl palma budağı” mükafatının təltifetmə mərasimi ilə başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi