Fransa prezidentinin sevgi macərası barəsində film çəkiləcək

Fransa prezidentinin sevgi macərası barəsində film çəkiləcək Fransua Ollandın aktrisa ilə yaşadığı eşq macərası dillərdə dastan olub
İncəsənət
6 Yanvar , 2015 21:33
Fransa prezidentinin sevgi macərası barəsində film çəkiləcək

Bakı. 6 yanvar. REPORT/AZ Fransa Prezidenti Fransua Ollandın şəxsi həyatı yenidən gündəmə gəlib. Ötən il aktrisa Culiya Qayet ilə eşq macərası yaşadığı meydana çıxan Fransua Ollandın gizli eşqi kinorejissorların diqqətindən yayınmayıb.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, fransalı ssenarist və aktrisa Saida Jawad Prezident haqqında film çəkmək qərarına gəlib. Çəkəcəyi filmdə Fransa Prezidentinin keçmiş sevgilisi Valerie Trierweilerin həyat hekayəsini də, gündəmə gətirəcəyini deyən xanım rejissor, bu filmdə Fransua Ollandın həyatı, keçmiş və indiki eşq macəralarından bəhs edəcəyini deyib.

Film barəsində Fransa mətbuatında xəbərlər yayılandan sonra, Fransa sakinləri liderlərinin eşq macəralarından narahat olmadıqlarını deyiblər. Əhali arasında aparılan sorğularda fransızlar prezidentlərinin sevgi məsələlərinə normal münasibət bildirdiklərini deyiblər.

Son xəbərlər

Orphus sistemi