Fransa orkestri Qara Qarayevin əsərini səsləndirəcək

Fransa orkestri Qara Qarayevin əsərini səsləndirəcək Konsert 2016-cı ilin yanvarında olacaq
İncəsənət
20 Avqust , 2015 11:04
Fransa orkestri Qara Qarayevin əsərini səsləndirəcək

Bakı. 20 avqust. REPORT.AZ/ Lamuryö orkestri Parisin "Champs-Élysées" teatrında Fransa, Rusiya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert verəcək. 

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Teatrın saytında yer alan məlumata görə, 2016-cı il yanvarın 24-də baş tutacaq "Haute couture" adlı konsertin proqramına azərbaycanlı bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baleti də daxil edilib. 

Qeyd edək ki, orkestrə Antoine Marguier dirijorluq edəcək.

Son xəbərlər

Orphus sistemi