Frankofoniya həftələrinin tədbirlər planı açıqlanıb

Frankofoniya həftələrinin tədbirlər planı açıqlanıb Aprelin 1-də Fransa, Yunanıstan, Azərbaycanın birgə təşkilatçılığı ilə fransız caz ifaçısının iştirakı ilə açılış mərasimi olacaq
İncəsənət
30 Mart , 2017 17:16
Frankofoniya həftələrinin tədbirlər planı açıqlanıb
Report.az

Bakı. 30 mart. REPORT.AZ/ Bakıda Frankofoniya həftələrinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, “Landmark” otelində səfirlərin iştirakı ilə keçirilən tədbir Beynəlxalq Frankofoniya Təşkilatı haqqında filmin nümayişi ilə başlayıb. Filmdə fransız dilinin hazırda dünyadakı yeri və inkişaf xətti haqqında məlumat verilib.

Fransa səfiri Aureliya Buşe bildirib ki, keçən il bu layihədə iştirak edən ölkələrin sayı 8 olmuşdusa, bu il bu rəqəm 10-a çatıb: “Bu layihənin müstəsnalığı ölkələrin çoxsaylı mədəniyyət tədbirləri ilə iştirak etməsidir. Aprelin 1-də Bakı Muğam Mərkəzində Fransa, Yunanıstan və Azərbaycanın birgə təşkilatçılığı, fransız caz ifaçısının iştirakı ilə açılış mərasimi olacaq". 

Bundan sonra Beynəlxalq Frankofoniya Təşkilatının üzv və müşahidəçi ölkələrinin səfirlikləri Frankofoniya həftələri ərzində Bakıda keçiriləcək tədbirlər haqqında məlumat veriblər.

Sonda Frankofoniya həftələrii çərçivəsində keçiriləcək tədbirlər təqdim olunub:

1 aprel - Azərbaycan-Fransa-Yunanıstan musiqi konserti

3 aprel - Konstantin Brankuzinin fotosərgisinin açılışı

6 aprel - Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardinin məruzəsi: “Meksika, Fransa və Frankofoniya”

7 aprel - İsveçrədən Parkur üzrə Master Klass

8 aprel - Belçika günü, Azərbaycandakı Fransız İnstitutu

8 aprel - Mərakeş kinosu İbn Battutanın Tanjerdən Məkkəyə qədəri ilk ziyarəti haqqında film

9 aprel - Uşaqlar arasında 15-ci beynəlxalq şahmat turnirinin açılışı

9-15 aprel -“Baş aşpazların toplantısı” nahar təqdimatı. Macar kinosu “Ferents puşkaş”, Tamas Alması

10 aprel - “ Şərqin Macar Tədqiqatçıları” sərgisinin açılışı

10-13 aprel - Litva kinosu “Eyvan”, Qidr Beynoriyut

11 aprel - Fransız kinosu “Paris”

12 aprel - “Xəsis”, Molyer, Feliks Libris

13 aprel - “Xəsis”, Molyer, Feliks Libris

14 aprel - “Xəsis”, Molyer, Feliks Libris

15 aprel - Solo Teatr Master class, Les Livreurs

16 aprel - “Baş aşpazların toplantısı” nahar təqdimatı

18 aprel - “Memarlıq həqiqətləri - Misir” sərgisinin açılışı

19 aprel - Paris Bistroda Musiqili axşam

20 aprel - “Misir Azərbaycanlı uşaqların gözü ilə” sərgisinin açılışı

22 aprel - Fransız dili həftələrinin və Frankofoniyanin rəsmi bağlanış mərasimi.

Son xəbərlər

Orphus sistemi