Yuxarı
    Bağlamaq

    Firuz Səxavət solo-konsert verəcək

    Xanəndə dekabrın 25-də Rast dəsgahı adlı solo-konsert proqramı ilə çıxış edəcək

    Bakı. 10 dekabr. REPORT.AZ/ Məşhur xanəndə, muğam ifaçısı Firuz Səxavət solo-konsert proqramına hazırlaşır.

    "Report" xəbər verir ki, xanəndə dekabrın 25-də "Rast" dəsgahı adlı solo-konsert proqramı ilə çıxış edəcək.

    Azərbaycan Milli Konservatoriyasında baş tutacaq konsertdə xanəndə muğamlar, xalq və bəstəkar mahnıları səsləndirəcək.

    Qeyd edək ki, F.Səxavət mərhum xanəndə Səxavət Məmmədovun qardaşıdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi