Firuz Səxavət solo-konsert verəcək

Firuz Səxavət solo-konsert verəcək Xanəndə dekabrın 25-də "Rast" dəsgahı adlı solo-konsert proqramı ilə çıxış edəcək
İncəsənət
10 Dekabr , 2015 14:08
Firuz Səxavət solo-konsert verəcək

Bakı. 10 dekabr. REPORT.AZ/ Məşhur xanəndə, muğam ifaçısı Firuz Səxavət solo-konsert proqramına hazırlaşır.

"Report" xəbər verir ki, xanəndə dekabrın 25-də "Rast" dəsgahı adlı solo-konsert proqramı ilə çıxış edəcək.

Azərbaycan Milli Konservatoriyasında baş tutacaq konsertdə xanəndə muğamlar, xalq və bəstəkar mahnıları səsləndirəcək.

Qeyd edək ki, F.Səxavət mərhum xanəndə Səxavət Məmmədovun qardaşıdır. 

Son xəbərlər

Orphus sistemi