Yuxarı
    Bağlamaq

    Filarmoniyanın iyun ayı üçün tədbirlər planı açıqlanıb

    Report filarmoniyanın afişasını təqdim edir

    Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan Dövlət Filarmoniyasının iyun ayı üçün tədbirlər planı açıqlanıb.

    "Report" filarmoniyanın afişasını təqdim edir:

    1 iyun. 
    Saat 19:00
    1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestri, Bədii rəhbər və baş dirijor – Ağaverdi Paşayev.
    iyun
    Saat 19:00
    Xalq artisti, bəstəkar Firəngiz Əlizadənin 70 illiyinə həsr olunmuş yubiley gecəsi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor – Fəxrəddin Kərimov

    Azərbaycan Dövlət Xor Kapellası, Bədii rəhbər – Gülbacı İmanova.

     iyun 
    19:00
    Akademik Mirməmməd Cavadzadənin xatirəsinə həsr olunmuş gecə, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Bədii rəhbər və baş dirijor – Teymur Göyçayev.
    iyun
    Saat 19:00 
    “Mədəniyyət” kanalı, Azərbaycan radiosu və Azərbaycan Dövlət Filarmoniyasının birgə tədbiri çərçivəsində xalq artisti, dirijor Nəriman Əzimovun xatirəsinə həsr olunmuş gecə, Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Bədii rəhbər və baş dirijor – Faiq Sadıqov.
    9 iyun
    Saat 19:00 
    Gənc ifaçıların konserti Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Bədii rəhbər və baş dirijor – Teymur Göyçayev, Solistlər – Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələridir.
    16 iyun 
    Saat 19:00
    Görkəmli bəstəkar Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Bədii rəhbər və baş dirijor – Rauf Abdullayev.
    30 iyun 
    Saat 19:00
    Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, T.Quliyev adına 12 nömrəli 11 illik Musiqi Məktəbi, Dirijor – Fəxrəddin Kərimov.

    Filarmoniya Kamera və Orqan musiqi zalı

    6 iyun
    Saat 19:00
    "Mədəniyyət" kanalı, Azərbaycan radiosu və Azərbaycan Dövlət Filarmoniyasının birgə tədbiri, Azərbaycan gənc vokal ifaçılarının konserti.
    7 iyun
    Saat 17:00
    Xalq artisti, violonçel ifaçısı Rasim Abdullayevin konserti, İştirak edirlər: Ülviyyə Abdullayeva (piano), Anastasiya Mişula (violin).
    13 iyun 
    Saat 19:00
    "Mədəniyyət" kanalı, Azərbaycan radiosu və Azərbaycan Dövlət Filarmoniyasının birgə tədbiri, Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Bədii rəhbər və baş dirijor – Faiq Sadıqov, Solist – Kamal Nuriyev (tar).
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi