Yuxarı

Filarmoniyada I Avropa Oyunlarının açılış mərasiminə həsr olunan konsert keçiriləcək

Konsertdə Dövlət Simfonik Orkestri çıxış edəcək

Bakı. 12 iyun. REPORT.AZ/ Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası iyunun 13-də ilk Avropa Oyunlarının açılış mərasiminə həsr edilən konsertini təqdim edəcək.

"Report" xəbər verir ki, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Konserti Polşadan gəlmiş dirijor Misxal Klauza idarə edəcək. Solist Polşanın fortepiano ifaçısı Kjistov Yablonskidir.

Konsertdə klassik Avropa musiqiləri səslənəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi