Yuxarı
    Bağlamaq

    Fidan Hacıyeva “Vəli və Tellinin” duetini 3 dildə ifa edib

    Sentyabrın 19-u “Vəli və Tellinin” duetinə çəkilmiş klip təqdim olunacaq

    Bakı. 15 sentyabr. REPORT.AZ/ Xalq artisti, Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva və gənc müğənni Ələsgər Əliyev görkəmli bəstəkar, milli operamızın banisi Üzeyir Hacıbəylinin – “Arşın mal alan” musiqili komediyasında "Vəli ilə Tellinin" duetini yeni tərzdə dinləyicilərə təqdim ediblər.

    “Report”un məlumatına görə, Fidan Hacıyeva və Ələsgər Əliyev duetə klip çəkdirmək ideyasını yay mövsümündə reallaşdırıblar.

    Klipin ssenari müəllifləri Ceyhun Kərimov, Aleks Anişenko, rejissoru Ceyhun Kərimov, operatoru Nadir Mehdiyev, rəssamı Nərminə Vəliyeva, montaj rejissoru Aleks Anişenko, prodüseri Əziz Əliyevdir.

    Duet 3 dildə - Azərbaycan, rus və ingilis dilində ifa olunub. Klipdə milli geyimlərdən istifadə olunub.

    Qeyd edək ki, “Arşın mal alan” böyük Azərbaycan bəstəkarı, milli bəstəkarlıq məktəbinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir bəy Hacıbəylinin üçüncü, sonuncu musiqili komediyasıdır. 70-dən çox dilə tərcümə edilən "Arşın mal alan" bütün dövrlərdə maraqla qarşılanıb, sevilib, dünya səhnələrində böyük müvəffəqiyyətlə oynanılıb. Bu operetta Azərbaycan mədəniyyəti tarixinin ən böyük nailiyyətlərindən biridir.

    Sentyabrın 19-u Üzeyir Hacıbəylinin doğum günündən bir gün sonra “Vəli və Tellinin” duetinə çəkilmiş klip təqdim olunacaq.   

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi