Yuxarı
    Bağlamaq

    Fidan Hacıyeva Minskdə keçiriləcək Beynəlxalq Milad Opera Forumunda çıxış edəcək

    Hər il təşkil edilən forum Belarus paytaxtında yeddinci dəfə keçiriləcək

    Bakı. 14 dekabr. REPORT.AZ/ Dekabr ayının 14-dən 20-dək Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində Minskdə Beynəlxalq Milad Opera Forumu keçiriləcək.

    Bu barədə "Report" BELTA-ya istinadən xəbər verir.

    Musiqi bayramının proqramına dünya opera klassiklərinin əsərləri, eləcə də mövsüm premyeraları daxildir. Qeyd edək ki, bu forum artıq yeddi ildir klassik sənətin əsl həvəskarlarını bir araya gətirir.

    Forumun ilk günündə Jorj Bizenin "Karmen" operası, növbəti gün isə Cüzeppe Verdinin "Makbet"i izləyicilərə təqdim olunacaq.

    Minsk Beynəlxalq Milad Opera Forum-2016 opera sənətinin tərəfdarlarını dünya opera ulduzları ilə görüşdürəcək möhtəşəm qala-konsertlə sona çatacaq. Qeyd edək ki, dünya opera ulduzları arasında Azərbaycan opera sənətinin nümayəndəsi Fidan Hacıyeva da olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi