Bakı. 21 fevral. REPORT.AZ/ Brüsselin ən məşhur konsert zallarından biri olan İncəsənət Sarayında (Palais des Beaux-Arts) Fərqanə Qasımovanın konserti anşlaqla keçirilib.
"Report"un məlumatına görə, bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin yaydığı məlumatda bildirilir. Konsert Brüssel İncəsənət Sarayının təşəbbüsü və səfirliyin təşkilati dəstəyi ilə baş tutub.
Konsertdə Fərqanə Qasımovanın ifasında səsləndirilmiş muğam inciləri, Füzuli kantatası, bır sıra xalq mahnıları və Qarabağ şikəstəsi dinləyicilər tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
Konsertdən sonra Fərqanə Qasımova yerli KİV nümayəndələrinə müsahibə verib.