Yuxarı

Fərəh Şəkinskaya vəfat edib

O, aprelin 20-də 80 yaşında dünyasını dəyişib

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın Əməkdar mədəniyyət işçisi Fərəh Şəkinskaya vəfat edib.

“Report” xəbər verir ki, F.Şəkinskaya aprelin 20-də 80 yaşında dünyasını dəyişib. 

Fərəh Əbdülrəhim qızı Şəkinskaya 1936-cı il aprel ayının 28-də Bakı şəhərində anadan olub.

1958-ci ildə Azərbaycan Sənaye İnstitutunda təhsil almış Fərəh Şəkinskaya əmək fəaliyyətinə Bakı Şin Zavodunda mühəndis kimi başlayıb.

60-70-ci illərdə o, Azərbaycan Mərkəzi Partiya Komitəsinin inspektoru, daha sonra Azərbaycan Kommunist Partiyasının N.Nərimanov rayon Komitəsinin katibi, 1978-1989-ci illərdə Bakı şəhər İcra Komitəsinin mədəniyyət idarəsinin müdiri, 1989-1993-cü illərdə isə mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb.

F.Şəkinskaya müxtəlif illərdə N.Nərimanov və 26 Bakı Komissarı adına rayonların deputatı seçilib.

1993-2012-ci illərdə F.Şəkinskaya Azərbaycan Dövlət Uşaq Filarmoniyasına rəhbərlik edib. Bu illər ərzində kollektiv yeni rəngarəng proqramları ilə respublikamızda və bir çox xarici ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil etmiş, Beynəlxalq Uşaq Festivallarında laureat adını qazanıb.

O, milli mədəniyyət sahəsindəki xidmətlərinə görə 1998-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi