Fərəc Qarayevin əsəri Venesiyada səslənəcək

Fərəc Qarayevin əsəri Venesiyada səslənəcək Əsər oktyabrın 10-da "Biennale musica 2015"də ifa ediləcək
İncəsənət
20 Avqust , 2015 10:39
Fərəc Qarayevin əsəri Venesiyada səslənəcək

Bakı. 20 avqust. REPORT.AZ/ Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevin "Last Postlude - post..." əsəri oktyabrın 10-da Venesiyada "Biennale musica 2015"də səsləndiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı bəstəkarın şəxsi saytı yayıb. 

Əsəri "Yeni musiqi studiyası" ansamblının solistləri təqdim edəcək. 

Qeyd edək ki, Fərəc Qarayevin bu əsəri fortepiano, vibrafon, kontrabas və simli kvartet üçün yazılıb.

Son xəbərlər

Orphus sistemi