Bəstəkar Fərəc Qarayevin əsəri beynəlxalq festivalda səsləndiriləcək

Bəstəkar Fərəc Qarayevin əsəri beynəlxalq festivalda səsləndiriləcək Moskva Filarmoniyasının “Başqa məkan” V Beynəlxalq Aktual Musiqi Festivalı keçiriləcək
İncəsənət
17 Avqust , 2016 20:32
Bəstəkar Fərəc Qarayevin əsəri beynəlxalq festivalda səsləndiriləcək

Bakı. 17 avqust. REPORT.AZ/ Moskva Filarmoniyasının P.Çaykovski adına konsert zalında noyabrın 2-dən 6-dək "Başqa məkan” (“Druqoye prostranstvo”) V Beynəlxalq Aktual Musiqi Festivalı keçiriləcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Noyabrın 5-də festivalda Azərbaycan Əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayevin “1791” serenadası səsləndiriləcək. Festivalda “1791” serenadası Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor - xalq artisti Rauf Abdullayev) ifasında təqdim ediləcək.

Fərəc Qarayevin 1983-cü ildə yazdığı əsər ondan bir il əvvəl simfonik orkestr üçün bəstələdiyi “Mən Motsart ilə Praqada Karlov körpüsündə vidalaşdım” serenadasının variantıdır.

Musiqi tarixi ilə bağlılıq, klassisizm ənənələri bəstəkarın yaradıcılığında mühüm yer tutur. “1791” serenadasının premyerası 1984-cü il martın 19-da Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) böyük zalında keçirilib.

Qeyd edək ki, əsər Rauf Abdullayevin dirijorluğu ilə konservatoriyanın opera studiyasının kamera orkestri tərəfindən ifa olunub.

Son xəbərlər

Orphus sistemi