"Fedra" tamaşası Sankt-Peterburq tamaşaçılarına təqdim edilib

"Fedra" tamaşası Sankt-Peterburq tamaşaçılarına təqdim edilib Rus Dram Teatrının qastrol səfəri başa çatıb
İncəsənət
16 Noyabr , 2015 10:07
Fedra tamaşası Sankt-Peterburq tamaşaçılarına təqdim edilib

Bakı. 16 noyabr. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrının Sankt-Peterburqa qastrol səfəri başa çatıb.

"Report" xəbər verir ki, səfərin son günü teatr Jan Rasinin "Fedra" əsərini Sankt-Peterburq tamaşaçılarına nümayiş etdirib.

Tamaşanın quruluşçu rejissoru, Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovskidir.

 Sankt-Peterburq Dövlət Dram Teatrının səhnəsində nümayiş etdirilən tamaşa anşlaqla keçib.

Tamaşadan sonra Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov Rus Dram Teatrının ünvanına xoş sözlər deyib, tamaşa barədə fikirlərini bölüşüb.

Son xəbərlər

Orphus sistemi