Bakı. 16 noyabr. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrının Sankt-Peterburqa qastrol səfəri başa çatıb.
"Report" xəbər verir ki, səfərin son günü teatr Jan Rasinin "Fedra" əsərini Sankt-Peterburq tamaşaçılarına nümayiş etdirib.
Tamaşanın quruluşçu rejissoru, Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovskidir.
Sankt-Peterburq Dövlət Dram Teatrının səhnəsində nümayiş etdirilən tamaşa anşlaqla keçib.
Tamaşadan sonra Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov Rus Dram Teatrının ünvanına xoş sözlər deyib, tamaşa barədə fikirlərini bölüşüb.