Federiko Fellininin filmlərində rol alan aktyor vəfat edib

Federiko Fellininin filmlərində rol alan aktyor vəfat edib Tanınmış italyan aktyoru 90 yaşında dünyasını dəyişib
İncəsənət
14 Mart , 2016 16:36
Federiko Fellininin filmlərində rol alan aktyor vəfat edib

Bakı. 14 mart. REPORT.AZ/ Tanınmış italyan aktyoru, ssenaristi, rejissoru və prodüseri Rikkardo Qarrone bu gün vəfat edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 90 yaşlı aktyor Milanda, xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, aktyor 1926-cı il yanvarın 1-də İtaliyanın Roma şəhərində dünyaya gəlib.

Rikkardo Qarronenin kino karyerası 1949-cu ildə "Adəm və Həvva" filmi ilə başlanıb.

Rikkardo Qarronenin aktyor kimi məşhurluğu rejissor Federiko Fellinin filmlərində ifa etdiyi rollarla olub. Kino karyerasında 155 filmə çəkilən Rikkardo Qarrone komediya, dram və kriminal janrda çəkilən filmlərdə maraqlı obrazlar yaradıb.

Rikkardo Qarrone Federiko Fellinin çəkdiyi "Şirin həyat" (La dolce vita, 1959) filmindən sonra məşhurluğun zirvəsinə çatıb.

Rikkardo Qarrone "Fantotsinin macəraları" silsiləsindən çəkilən filmlərdə əsas obrazlardan birini ifa edib.

Son xəbərlər

Orphus sistemi