"Eşqin sonsuz nəğməsi" adlı qısamertajlı filmin çəkilişlərinə başlanılıb

"Eşqin sonsuz nəğməsi" adlı qısamertajlı filmin çəkilişlərinə başlanılıb Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınır
İncəsənət
18 Mart , 2015 16:25
Eşqin sonsuz nəğməsi adlı qısamertajlı filmin çəkilişlərinə başlanılıb

Bakı. 18 mart. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Eşqin sonsuz nəğməsi” adlı qısametrajlı bədii filmin çəkilişlərinə başlanılıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Azərbaycanfilm” kinostudiyası yayıb.

Melodrama janrında çəkilən filmin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu rejissoru Emin Əfəndiyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Yeni ekran əsərində baş rolları İlahə Həsənova, Qorqud Cəfərli və Şamil Süleymanov canlandırırlar.

Son xəbərlər

Orphus sistemi