"ƏSA" Teatrı ilk qastrol səfərini Naxçıvana edəcək

"ƏSA" Teatrı ilk qastrol səfərini Naxçıvana edəcək Bakı. 2 noyabr. REPORT.AZ/ ƏSA Teatrı Naxçıvana qastrola gedəcək.
İncəsənət
2 Noyabr , 2018 09:44
ƏSA Teatrı ilk qastrol səfərini Naxçıvana edəcək
0 : 00
0 : 00

Bakı. 2 noyabr. REPORT.AZ/ "ƏSA" Teatrı Naxçıvana qastrola gedəcək.

Teatrdan "Report"a verilən xəbərə görə, əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkənin ilk və yeganə inklüziv teatrı olan "ƏSA" Teatrı Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Adamlar və siçanlar” tamaşasını nümayiş etdirəcək.

Amerikalı yazıçı, Nobel və Pulitzer mükafatı laureatı Con Steynbekin “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşanın nümayişi noyabrın 29-da saat 19:00-da baş tutacaq.

Səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.

Tamaşanın quruluşçu rejissoru və bəstəkarı Nihad Qulamzadə, baş produseri və səhnə tərtibatçısı Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, rejissoru Elşən Əsgərov, işıq rəssamı Binyamin Sailov, qrim üzrə rəssamı Könül Şahbazovadır.

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, İmran Lələyev, Nihad Ari, Günay Məmmədova, Fərid Əliyev, Asim Səfərov və Coşqun Məmmədov canlandıracaq.

Qeyd edək ki, tamaşa ilk dəfə ötən ilin dekabrın 19-da ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə paytaxtda nümayiş olunub. 

Xatırladaq ki, Naxçıvana səfər "ƏSA" Teatrının ilk qastroludur. 

Son xəbərlər

Orphus sistemi