"Ənənədən Gələcəyə" adlı dəfilə keçirilib

"Ənənədən Gələcəyə" adlı dəfilə keçirilib Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunub
İncəsənət
1 Dekabr , 2017 20:20
Ənənədən Gələcəyə adlı dəfilə keçirilib
Report

Bakı. 1 dekabr. REPORT.AZ/ "Sara Xatun" jurnalı və Bakı Milli Geyim Evinin birlikdə təşkil etdiyi "Ənənədən Gələcəyə" adlı dəfilə keçirilib.

"Report" xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunub. 

Bakı Milli Geyim Evinin qurucusu və "Sara Xatun" qadın jurnalının baş redaktoru Könül Vəliyeva dəfilə haqqında məlumat verərək bildirib ki, tədbirdə bir müddət fəaliyyətini dayandıran "Sara Xatun" jurnalının 15 illik xüsusi buraxılışını, ‪Saraxatun.com‬ saytının açılışının təqdimatı olacaq: "Bu gün Bakı Milli Geyim Evi və "Sara Xatun" jurnalı birlikdə Azərbaycanın tanınmış qadınlarını, sənətkarlarını, səfirlərini, millət vəkillərini milli geyimlərimizdə təqdim edəcək. Özü də nümayiş olunacaq geyimlər xüsusilə bu dəfilə üçün hazırlanıb. Biz hər il bu dəfilələri Novruz bayramı ərəfəsində təşkil edirdik. Lakin bu dəfə daha geniş konseptdə hazırlandığı üçün bizə 1 il vaxt lazım oldu və ilin sonuna tamamlaya bildik".

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Film Studiyasının rəhbəri Müşfiq Hətəmov, modelyer Fəxriyyə Xələfova və bir sıra ictimai xadimlər iştirak ediblər.

Milli geyimlər jurnalda deputat Jalə Əliyeva, modelyer Fəxriyyə Xələfova, "British Council" təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt, müğənni Azərin, Alim Qasımovun qızı Fərqanə Qasımova, əməkdar artist Gülzar Qurbanova və digər tanınmış simaların təqdimatında yer alıb.

Son xəbərlər

Orphus sistemi