Yuxarı

Emmanuil Vitorqana "Fəxri mədəniyyət işçisi" döş nişanı təqdim edilib

Bakıda aktyorun yubileyi qeyd olunub

Bakı. 22 aprel. REPORT.AZ/ Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında Rusiyanın xalq artisti, məşhur həmyerlimiz Emmanuil Vitorqan və Belarusun xalq artisti Anjelika Aqurbaşın iştirakı ilə "Kral Tref - məhəbbət kartı" adlı yubiley tamaşası təqdim olunub.

"Report" xəbər verir ki, üç janrın - kino, teatr və estrada sənətinin sintezi olan tamaşanın quruluşçu rejissoru Aleksandr Gerasimovdur. "Kral Tref" pyesi əsasında hazırlanan tamaşanın musiqisi dirijor və bəstəkar Yuri Poteenkoya məxsusdur.Tamaşanın əsas qəhrəmanı olan həmyerlimiz Emmanuil Vitorqan Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə də təltif olunub və medal yubiliyara təqdim edilib. 

Mərasimdə çıxış edən Dövlət Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovski, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemət aktyora səhnəyə gətirdiyi fərdi üslubuna, yaratmış olduğu teatr məktəbinə görə təşəkkürünü bildirib, növbəti yubileyini də çox sevdiyi Bakıda keçirməyi arzulayıblar.

75 yaşlı aktyor doğma Bakıda olmaqdan məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, Emmanuil Vitorqan 1939-cu ilin dekabrın 29-da Bakıda anadan olub. Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra Leninqrad Dövlət Dram və Komediya Teatrında çalışıb.

Moskvanın başqa dram və akademik teatrlarında da fəaliyyət göstərən aktyorun həyatında kino da xüsusi yer tutur. Onun yaradıcılığına 100-dən artıq bədii filmdə yaratdığı maraqlı obrazlar da daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi