"Emin Sabitoğlunun musiqi dünyası" adlı konsert keçiriləcək

"Emin Sabitoğlunun musiqi dünyası" adlı konsert keçiriləcək Konsert aprelin 7-də Heydər Əliyev Sarayında olacaq
İncəsənət
4 Mart , 2016 16:14
Emin Sabitoğlunun musiqi dünyası adlı konsert keçiriləcək

Bakı. 4 mart. REPORT.AZ/ Aprelin 7-də Heydər Əliyev Sarayının səhnəsində "Emin Sabitoğlunun musiqi dünyası" adlı böyük konsert proqramı keçiriləcək. Sarayın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mərhum bəstəkar, xalq artistinin xatirəsinə həsr olunmuş konsertdə Azərbaycanın tanınmış müğənniləri çıxış edəcəklər.   

İfaçılar xalq artistləri Flora Kərimova, Aygün Bayramova, Könül Xasıyeva, Heydər Anatollu, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, əməkdar artistlər Mətanət İsgəndərli, Aybəniz Haşımova, Aygün Bəylər, Aşıq Samirə, populyar müğənnilər Natavan Həbibi, “Şeron” vokal qrupu, Günay İbrahimli, Xatirə İslam, Rəvanə Ərəbova, Gülay Zeynallı, Mirkamil Kamilov və Elçin Cəfərov olacaq. 

Konserti “Buta” instrumental ansamblı müşayiət edəcək.

Qeyd edək ki, ansamblın bədii rəhbəri xalq artisti Fəxrəddin Dadaşov, musiqi rəhbəri Rövşən Qurbanovdur.

Son xəbərlər

Orphus sistemi