Əməkdar rəssamın yubiley sərgisi keçiriləcək

Əməkdar rəssamın yubiley sərgisi keçiriləcək Siruz Mirzəzadə əsərlərini fərdi sərgisində nümayiş etdirəcək
İncəsənət
8 Dekabr , 2014 17:09
Əməkdar rəssamın yubiley sərgisi keçiriləcək
Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Milli İncəsənət Muzeyində əməkdar rəssam Siruz Mirzəzadənin 70 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçiriləcək. "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Dekabrın 9-dan 13-dək keçiriləcək sərgidə əməkdar rəssamın müxtəlif illərdə çəkdiyi rəsmləri nümayiş ediləcək.

Qeyd edək ki, S.Mirzəzadə 1944-cü ildə Bakıda anadan olub. 1966-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə Moskva Ali Rəssamlıq Məktəbini bitirib. 1972-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub. Yaradıcılığa 1970-ci illərdən başlayan rəssam istər monumental-dekorativ, istərsə də dəzgah rəngkarlığı sahələrində fəal işləyir və bu iki fəaliyyət sferaları onun yaradıcılığında vəhdət təşkil edir. 1987-ci ildə Bakıda və Moskvada, 1995-ci ildə Fransada və Türkiyədə fərdi sərgiləri
keçirilib. 1996-cı ildə "Humay" mükafatına, 2002-ci ildə isə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülüb. Əsərləri Azərbaycan, Rusiya, İran, Türkiyə, Almaniya, Hollandiya, Norveç, Fransa, Kuba, Rumıniya, Bolqarıstan, Macarıstan, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, ABŞ və İtaliyada nümayiş etdirilib. Onun əsərləri muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.

Son xəbərlər

Orphus sistemi