​Əməkdar artistlə vida mərasimi keçiriləcək

​Əməkdar artistlə vida mərasimi keçiriləcək Vida mərasimi 13:00-da Təzə Pir məscidində təşkil olunacaq
İncəsənət
5 Avqust , 2015 12:07
​Əməkdar artistlə vida mərasimi keçiriləcək

Bakı. 5 avqust. REPORT.AZ/ Dünən vəfat edən əməkdar artist Tanilə Əhmərova ilə vida mərasimi bu gün keçiriləcək. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından “Report”a verilən məlumata görə, vida mərasimi 13:00-da Təzə Pir məscidində təşkil olunacaq.

Qeyd edək ki, T.Əhmərova uzun sürən xəstəlikdən sonra avqustun 4-də vəfat edib. İyunun 1-də 65 yaşı tamam olan aktrisa 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında bir çox - “Sevinc buxtası”, “Şir evdən getdi”, “Üzü küləyə”, “Qaynana”, “Yarımçıq qalmış mahnı”, “Üzeyir ömrü”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Portağal” (Ukrayna), “Hər şeydən əvvəl düzlü” (Özbəkistan), “Dağıdılmış körpü” (1996) və s. filmlərdə rol alıb.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi