Yuxarı

Azərbaycan əməkdar artistinə mükafat verilib

Nicat Kazımov Gənclər və İdman Nazirliyinin diplomuna layiq görülüb

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru və quruluşçu rejissoru Nicat Kazımov Gənclər və İdman Nazirliyinin diplomuna layiq görülüb. "Report" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

N.Kazımov diplomla sözügedən nazirlik tərəfindən həyata keçirilən “Tarixin canlı səhifələri” I və II Gənclər Festivallarında rejissor işinə görə təltif edilib. 

Qeyd edək ki, I Gənclər Festivalı cari ilin mayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-cii ldönümündə Şəki şəhəri “Xansarayı”nda, II Gənclər Festivalı isə avqustda Suraxanı rayonunda yerləşən "Atəşgah Məbədi" Dövlət Tarixi-Memarlıq Qoruğunda baş tutub. Tarixi rekonstruksiya formatında təşkil edilən festivalların əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını özlərinin də iştirak etdiyi bədii-xroniki səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş anlarını gənclərə əyani şəkildə çatdırmaqdır. Festivallar Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən reallaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi