Əməkdar artist Xanlar Muradovun xatirəsi anılacaq

Əməkdar artist Xanlar Muradovun xatirəsi anılacaq Mərhum aktyorun 70 illik yubileyinə həsr edilən "Qızıl toy" tamaşası oynanılacaq
İncəsənət
28 Aprel , 2016 16:43
Əməkdar artist Xanlar Muradovun xatirəsi anılacaq

Bakı. 28 aprel. REPORT.AZ/ Dövlət Musiqili Teatrının mərhum aktyoru, əməkdar artist Xanlar Muradovun xatirəsi anılacaq.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 30-da Musiqili Teatrda nümayiş etdiriləcək O.Kazimi və R.Heydərin “Qızıl toy” ikihissəli musiqili komediyası X.Muradovun 70 illik yubileyinə həsr edilib. X.Muradov dünyasını dəyişməzdən əvvəl bu tamaşada Rəhim kişi obrazını ifa edib.

Qeyd edək ki, Xanlar Yunis oğlu Muradov 1946-cı ildə Sumqayıt şəhərində doğulub. 1970-1975-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında, 1975-2005-ci illərdə isə Azərbaycan Dövlət Musiqili Teatrında (ovaxtkı Musiqili Komediya Teatrı) aktyor işləyib.

Sumqayıt Teatrında Şeyda (“Toy”, Sabit Rəhman), Qurban (“Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov), Axund (“Solğun çiçəklər”, Cəfər Cabbarlı), Sırodovey (“Tribunal”, Aleksandr Makoyonok), Bəbirli (“Özümüz bilərik”, Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Qulam (“Həyətim mənim, həyatım mənim”, Cahagir Məmmədov, Əşrəf Abbasov), Rəhim kişi (“Qızıl toy”, Ramiz Heydər, Oqtay Kazimi), Qoçu Əsgər (“O olmasın, bu olsun”, Üzeyir Hacıbəyli), Əlimərdan (“Gözün aydın”, Məhərrəm Əlizadə, Fikrət Əmirov), Murtuzov (“Özümüz bilərik”, Şıxəli Qurbanov, Süleyman Ələsgərov) rollarını ifa edib.

X.Muradov 2005-ci il fevralın 5-də Bakıda vəfat edib.

Son xəbərlər

Orphus sistemi