Yuxarı

Əməkdar artist Sərvər Əliyev ürəyindən əməliyyat olub

Ağdam Dövlət Dram Teatrının baş rejissorunun ürəyinə 4 stent qoyulub

Bakı. 3 iyun. REPORT.AZ/ Ağdam Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev ürəyindən əməliyyat olunub. 

Bu gün uğurla başa çatan əməliyyatdan sonra ilk açıqlamasını "Report"a verən Sərvər Əliyev hazırda palataya köçürülüb. Aktyorun ürəyinə 4 stent qoyulub. İndi onun vəziyyəti yaxşıdır.

Onun sözlərinə görə, ürəyinin 4 damarı tutulmuşdu: "Ürəyimdə ciddi problem yaranmışdı. Bir neçə il əvvəl ürəyimə stent qoyulmuşdu. Sonuncu müayinə zamanı məlum oldu ki, ürəyimin 4 damarı tutulub. Bu səbəbdən əməliyyat olundum. Şəkər xəstəsi olduğumdan, əməliyyat riskli idi. Allaha çox şükür ki, hər şey uğurlu keçdi".  

Əməliyyat 1 saylı Şəhər Klinik Xəstəxanasında baş tutub. O, sabah evə buraxılacaq. 

Xatırladaq ki, Sərvər Əliyev 2015-ci ildə əməkdar artist fəxri adını alıb. 2016-cı il mayın 6-da Prezident mükafatına layiq görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi