Azərbaycanın əməkdar artisti əməliyyat olunub - FOTO

Azərbaycanın əməkdar artisti əməliyyat olunub - FOTO Özəl xəstəxanalardan birində cərrahiyə əməliyyatı keçirən 69 yaşlı aktyor hazırda özünü yaxşı hiss edir və sabah evə buraxılacaq
İncəsənət
16 Avqust , 2016 14:25
Azərbaycanın əməkdar artisti əməliyyat olunub - FOTO

Bakı. 16 avqust. REPORT.AZ/ Əməkdar artist Telman Əliyev əməliyyat olunub.

"Report" xəbər verir ki, özəl xəstəxanalardan birində cərrahiyə əməliyyatı keçirən 69 yaşlı aktyor hazırda özünü yaxşı hiss edir və sabah evə buraxılacaq.

T.Əliyev bildirib ki, əməliyyat uzun müddət əvvəl belində əmələ gələn yırtıqla bağlı aparılıb: "Vaxtında üzərində düşmədim. Ağırlaşma baş verdi. Bir müddət əvvəl ayaqlarımda ağırlaşma hiss edirdim. Gəzəndə ağrılarım olurdu. Bu səbəbdən təcili əməliyyat olunmağım lazım idi. Dünən cərrahiyyə əməliyyatı olundum. Hazırda özümü yaxşı hiss edirəm. Xəstəxanadan çıxandan sonra müalicələrim ev şəraitində davam edəcək".

Xatırladaq ki, əməkdar artist Telman Əliyev 1Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. 

Son xəbərlər

Orphus sistemi