Musiqili Teatrın aktrisası beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək

Musiqili Teatrın aktrisası beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək Festival Kiyev Akademik Operetta Teatrında keçiriləcək
İncəsənət
3 İyun , 2016 11:15
Musiqili Teatrın aktrisası beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Nərgiz Kərimova Ukraynada keçiriləcək Beynəlxalq festivala dəvət alıb.

Bu barədə "Report"a teatrdan məlumat verilib.

N.Kərimova iyunun 4-5-də IV “O-FEST” Beynəlxalq Opera, Operetta və Müzikl festivalında Azərbaycanı təmsil edəcək. Onu tədbirə Kiyev Akademik Operetta Teatrı dəvət edib.

“O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalı dördüncü dəfə keçirilməsinə baxmayaraq, dünyada kifayət qədər böyük şöhrətə və nüfuza malikdir. Bir çox beynəlxalq müsabiqələrin laureatı olan əməkdar artist sözü gedən festivalın qala gecəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını və İmre Kalmanın “Maritsa” əsərindən Maritsanın ariyasının ifa edəcək.

Tədbirdə N.Kərimova ilə yanaşı Almaniya, Belarus, Avstriya, Polşa, Gürcüstan, Kanada, Çexiya və başqa ölkələrin tanınmış sənətçiləri də çıxış edəcək.

Qeyd edək ki, IV “O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalı Kiyev Akademik Operetta Teatrında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi