Əməkdar artist İlham Hüseynov əməliyyat olunub

Əməkdar artist İlham Hüseynov əməliyyat olunub “Əməliyyat uğurlu keçib”
İncəsənət
7 İyul , 2017 17:38
Əməkdar artist İlham Hüseynov əməliyyat olunub

Bakı. 7 iyul. REPORT.AZ/ Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynov əməliyyat olunub.

Bu barədə “Report”a aktyorun həkimi Cəfər Nəsirli məlumat verib. 

O qeyd edib ki, İlham Hüseynovun vəziyyəti yaxşıdır: “Əməliyyat uğurlu keçdi. Xəstə bu gün reanimasiyada olacaq, sabahdan isə palataya köçürüləcək”.

Qeyd edək ki, artroz xəstəliyindən əziyyət çəkən aktyor Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Korpusunda əməliyyat olunub.

Son xəbərlər

Orphus sistemi