Əməkdar artist əməliyyat olunub

Əməkdar artist əməliyyat olunub O, həkim nəzarəti altında müalicəsinin davam etdiyini bildirib
İncəsənət
20 İyul , 2015 10:32
Əməkdar artist əməliyyat olunub

Bakı. 20 iyul. REPORT.AZ/ Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Kazım Abdullayev əməliyyat olunub.

Bu barədə "Report"a aktyor özü məlumat verib. O, həkim nəzarəti altında müalicəsinin davam etdiyini bildirib.

"Yırtıq əməliyyatı olunmuşam. Xeyli müddətdir mənə əziyyət verirdi. Əməliyyat bir saat çəkib. Hazırda evdəyəm və özümü normal hiss edirəm. Amma hələ də ağrılar var. Tez sağalmaq istəyirəm. Çünki sənətimlə bağlı görmək istədiyim çoxlu işlər var", - K.Abdullayev bildirib.

Qeyd edək ki, Kazım Abdullayev Akademik Milli Dram Teatrının aparıcı aktyorlarındandır və repertuarda yer alan əsas tamaşalarda obrazlar ifa edir. 

Son xəbərlər

Orphus sistemi