Elmira Şabanova ekranlarda niyə görünmür?

Elmira Şabanova ekranlarda niyə görünmür? Xalq artisti göz önündə olmaq istəmədiyini və səhhəti ilə əlaqədar aldığı təkliflərdən imtina etdiyini deyib
İncəsənət
8 Yanvar , 2015 20:18
Elmira Şabanova ekranlarda niyə görünmür?

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq artisti, aktrisa Elmira Şabanova son vaxtlar ekranlardan uzaq düşməsinə aydınlıq gətirib. O, "Report"a açıqlamasında göz önündə olmaq istəmədiyini və səhhəti ilə əlaqədar aldığı təkliflərdən imtina etdiyini deyib.

"Şükür Allaha özümü yaxşı hiss edirəm. Amma yaş öz sözünü deyir. Bu il 75 yaşım tamam olacaq. Yəni yubiley ilimdir. Məni unutmayıblar. Evdən bayıra çıxan kimi küçədə tanımadığım adamlar mənə yaxınlaşır, salam verir, mənimlə hal-əhval tuturlar. Xatirələrdə yaşamaq, unudulmamaq gözəl hissdir. Televiziyalardan tez-tez dəvətlər alıram, jurnalistlər zəng edib müsahibə istəyirlər. Amma özüm heç kimlə görüşmək istəmirəm. Son vaxtlar serial təklifləri alıram. Çəkilməkdən imtina edirəm. Daha seriallara çəkilmək istəmirəm. Bu günədək nə oynamışamsa, daha bəsdir. Bədii filmlər olsa, məmnuniyyətlə çəkilərəm. Əsl sənət kinodur. Çünki kino hər zaman qalacaq, yaşayacaq", - E.Şabanova deyib.

Qeyd edək ki, xalq artisti Elmira Şabanova mərhum kinorejissor Rüfət Şabanovun həyat yoldaşıdır.  

Son xəbərlər

Orphus sistemi