Yuxarı

Əlixan Səmədov: “Bildiklərimi öyrətməyə, bilmədiklərimi öyrənməyə gəlmişəm”

Virtuoz ifaçı Bakıda ustad dərsləri keçib

Bakı.8 dekabr. REPORT.AZ/ Məşhur balaban ifaçısı Əlixan Səmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən (ADMİU) “Ustad dərsləri” layihəsinin qonağı olub.

Bu barədə "Report"a ADMİU-dan məlumat verilib.

25 ildir ki Türkiyədə yaşayıb fəaliyyət göstərən, Azərbaycan milli xalq çalğı aləti olan balabanı dünyaya tanıdan, virtuoz ifaçı Əlixan Səmədov universitetin müəllim və tələbələri qarşısında etdiyi çıxışda “Bildiklərimi öyrətməyə, bilmədiyim sirləri isə öyrənməyə gəlmişəm” deyib.

Dərsdə universitetin və Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələri, tanınmış balaban ifaçıları, əməkdar artistlər Şirzad Fətəliyev, İlham Nəcəfov və onların tələbələri də iştirak edib.

Görüşdə Əlixan Səmədov balaban alətinin strukturu, incəlikləri, ifa texnikası haqda danışıb, verilən suallara nəzəri və praktiki şəkildə aydınlıq gətirib.

"Ustad dərsi" balaban ustadının ifası ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi