Əliabbas Qədirovun 70 illik yubileyi keçiriləcək

Əliabbas Qədirovun 70 illik yubileyi keçiriləcək Yubiley tədbiri fevralın 17-də Milli Dram Teatrında olacaq
İncəsənət
28 Yanvar , 2016 15:19
Əliabbas Qədirovun 70 illik yubileyi keçiriləcək

Bakı. 28 yanvar. REPORT.AZ/ Mərhum aktyor, Azərbaycanın xalq artisti Əliabbas Qədirovun 70 illik yubileyi keçiriləcək.

"Report" xəbər verir ki, yubiley tədbiri fevralın 17-də Akademik Milli Dram Teatrında olacaq.

Yubiley tədbirində Əliabbas Qədirovun sənət dostları, ailə üzvləri, aktyorun sənətini sevənlər iştirak edəcək.

Xatırladaq ki, mərhum aktyor 1946-cı il fevralın 13-də anadan olub. 2006-cı il martın 8-də 60 yaşında leykemiya xəstəliyindən dünyasını dəyişib.

Bu il aktyorun anadan olmasının 70, dünyadan köçməsinin 10 ili tamam olur.  

Son xəbərlər

Orphus sistemi